Modern.az

Dünya Çempionatı-2014: Hollandiya 3-cü, Braziliya 4-cü yeri tutdu

Dünya Çempionatı-2014: Hollandiya 3-cü, Braziliya 4-cü yeri tutdu

13 İyul 2014, 04:26


Ötən gecə Braziliyada keçirilən "Dünya Çempionatı-2014"ün bürünc mükafatçısı bəlli olub. Modern.az-ın məlumatına görə, üçüncü yer uğrunda keçirilən oyunda Braziliya və Hollandiya milli komandaları qarşılaşıb.

Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan Braziliya ikinci hissədə daha bir top buraxıb. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan Hollandiya yığması Dünya Çempionatının üçüncüsü olub. Braziliya millisi isə dördüncü yerlə kifayətlənməyə məcbur olub.

Braziliya – Hollandiya - 0:3
Qollar:
Van Persi, 3-pen. (0:1), Blind, 17 (0:2), Viynaldum, 90+1 (0:3)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir