Modern.az

Dünya Çempionatı - FİNAL: Argentina yıxıldı, Almaniya ÇEMPİON oldu - 0:1

Dünya Çempionatı - FİNAL: Argentina yıxıldı, Almaniya ÇEMPİON oldu - 0:1

14 İyul 2014, 02:01


Braziliyada keçirilən futbol üzrə 20-ci Dünya Çempionatının finalı keçirilir. Bu saatlarda dünyanın diqqəti Rio de Janeyro şəhərindəki məşhur "Marakana" stadionuna yönəlib.

Modern.az-ın məlumatına görə, həlledici görüşdə Argentina və Almaniya milli komandaları qarşılaşır.
Bu final oyunu həm də Cənubi Amerika - Avropa dueli hesab olunur. Bu, hə də Argentina və Almaniya millilərinin mundial tarixindəki üçüncü finalıdır.

Bu komandaların ilk finalı 1986-cı ildə olub. Meksikadakı həmin yarışda Argentina 3:2 hesabı ilə qalib gəlib. Növbəti - İtaliyadakı 1990-cı il çempionatının finalında da bu komandalar qarşılaşıb. Onda isə 1:0 hesabı ilə qalib gələn Almaniya çempion adını qazanıb.

Bəs bu dəfə kim qalib gələcək?...

90 dəqiqədən sonra hesab açılmayıb. Bu səbəbdən də İtaliyadan olan baş hakim Nikola Ritsoli finala daha 30 dəqiqə əlavə edib…
Hazırda oyun davam edir…

***

Əlavə vaxtın ilk 15 dəqiqəlik hissəsi yenə 0:0 hesabla yekunlaşdı. Qarşıda daha 15 dəqiqəlik növbəti hissə qalır... Və bir də penalitilər seriyası...

***

Qooll... Almaniya hesabda önə çıxdı... Götse almanları irəli aparan qolu vurdu....

Argentina - Almaniya - 0:1...

Oyun davam edir...

***

Matç başa çatdı, Almaniya milli komandası 2014-ün dünya çempionudur!!!

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir