Modern.az

Mərkəzi Gömrük Hospitalı: “Cavad Heyət ölməyib..” - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalı: “Cavad Heyət ölməyib..” - AÇIQLAMA

14 İyul 2014, 11:11


Ötən gecə məşhur azərbaycanlı cərrah, professor Cavad Heyətin ölüm xəbəri yayılıb. “Azadlıq” qəzetinin yaydığı məlumat qısa müddətdə bütün internet KİV-lərinin aparıcı xəbəri olub.

Amma bu gün səhər sosial şəbəkələrdə məşhur həkimin ölüm xəbərinin yalan olduğu qeyd edilib.

Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsindən bununla bağlı Modern.az saytına qısa açıqlama verilib:

“Doktor Cavad Heyət ölməyib, amma ağır vəziyyətdə reanimasiyadadır. Jurnalistlərdən xahiş edirik, belə xəbərlərə həssas yanaşıb, kiminsə heysiyyatına toxunmasınlar”.

Cavad Heyət ötən həftə Bakıda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş, sonra oradan Gömrük Hospitalına köçürülmüşdü.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir