Modern.az

“Sual kitabçasını götümək istəyən abituriyentlər sonadək imtahanda iştirak etməlidirlər” - TQDK-dan AÇIQLAMA

“Sual kitabçasını götümək istəyən abituriyentlər sonadək imtahanda iştirak etməlidirlər” - TQDK-dan AÇIQLAMA

14 İyul 2014, 12:47


“İmtahanın təhlükəsizliyi baxımından iki saatdan sonra imtahandan çıxan tələbələrə sual kitabçaları verilmir”.
Bunu Modern.az-a açıqlamasında Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasının mətbuat xidmətindən bildirilib.

I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilən zaman, bəzi abituriyentlər onlara sual kitabçalarının verilməməsindən şikayətlənmişdilər.

Mətbuat xidməti bu məsləyə aydıqlıq gətirərək bildirdi ki, əgər abituriyentlər sual kitabçalarını özləri ilə götürmək istəyirlərsə imtahanda sona qədər iştirak etməlidirlər:

“Abituriyent iki saatdan sonra imtahan zalını tərk edə bilər. Amma cavab kartını və sual kitabçasını təhvil verməlidir. Kitabçalarını özləri ilə götürmək istəyən abituriyentlər isə 3 saaatın sonuna qədər imtahanda iştirak etməlidir”.

Qeyd edək ki, I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı iyulun 12-də keçirilib.

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!