Modern.az

Beynəlxalq Qızıl Xaç Komitəsi: “Girovluqda olan Şahbaz Quliyevlə görüşməmişik”

Beynəlxalq Qızıl Xaç Komitəsi: “Girovluqda olan Şahbaz Quliyevlə görüşməmişik”

14 İyul 2014, 13:04

“Beynəlxalq Qızıl Xaç Komitəsi təmsilçiləri əsirlikdə olan Şahbaz Quliyevlə görüşməyiblər”. Bunu Modern.az saytına Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

“Komitə müraciət əsasında tərəflərlə bu barədə dialoq aparır”.

Qeyd edək ki, Ermənistan bir Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxs Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğludur. Onun Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilir.

Erməni mediası girov götürülmüş şəxsin fotolarını da yayıb. Fotolarda Ş.Quliyevin mülki geyimdə olduğu görünsə də, erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia edir.

Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir