Modern.az

Fazil Mustafa: “AXCP Elçibəylə birlikdə gedib”

Fazil Mustafa: “AXCP Elçibəylə birlikdə gedib”

14 İyul 2014, 13:31


“AXC-nin yaranmasının 25 illik yubileyini qeyd etməyə bütün cəbhəçi hərəkatı üzvlərinin, AXCP, KXCP, BXCP və Müsavat Partiyasının da  haqqı çatır. Buna həm də bütün Azərbaycan xalqının haqqı var”.Bunu Modern.az-a Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə,  AXC-dən söz düşəndə Əbülfəz Elçibəyin rəhbərlik etdiyi təşkilatı əsas götürülür: “Ona görə də bu təşkilatın adı ilə Azərbaycan cəmiyyətinə təqdim olunub. Sonrakı dövrlərdə tamamilə deformasiyaya uğramış, müəyyən dərəcədə hədəfələrinə çatmayan, başqa məqsədlərə xidmət edən AXCP anlayışı yarandı. Bu gün kim özünü bu təşkilatın varisi  hesab edirsə, onun da yubileyi ayrıca tədbir qeyd etməyə haqqı çatır”.

F.Mustafanın fikrincə, indiki AXCP əvvəlkindən çox fərqlidir: “AXCP Əbülfəz Elçibəylə birlikdə gedib. AXCP Elçibəydən sonra Azərbaycan cəmiyyətində faktiki olaraq hansısa bir rolu olan təşkilat kimi qalmadı və hədəflərindən uzaqlaşdı. 25 illiyi qeydetmə haqqı istənilən insanda var. İndi qeyd olunan tarix Əbülfəz Elçibəy AXCP-sinin tarixi kimi qiymətləndirilməyəcək. Onun tarixdə böyük yeri vardı”

Qeyd edək ki, iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi keçiriləcək. Yubileylə bağlı AXCP, BXCP, KXCP-nin tədbirlər keçirəcəyi gözlənilir.

Namidə BİNGÖL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir