“Orta təhsildə geriliyin əsas səbəbi kadr çatışmazlığıdır”. Bunu Modern.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyəti təhsil şöbəsinin müdir müavini Rizvan Ələsgərov deyib. “TQDK-nın kitabçası əlimizə gələndə, bu barədə ətraflı məlumat verəcəyik”.
Şirvan rayon təhsil şöbəsində metod kabinetinin müdiri Elçin Həsənov isə nəticələrin müzakirə olunmadığını və hələlik dəqiq məlumatların olmadığını deyib. “Buraxılış imtahanı indi bitib, qəbul imtahanları davam edir. Adətən, bu məsələ növbəti dərs ilində müzakirə olunur”. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu ilin buraxılış imtahanlarının nəticələrinə görə, şagirdlərin ən çox “2” qiymət aldığı rayonların siyahısını açıqlayıb. Ölkə üzrə 9-cu sinifdən riyaziyyat və ana dilindən Saatlı, Sabirabad, İmişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədi rayonlarında şagirdlər ən aşağı nəticə göstəriblər.
Məltəm Talıbzadə
Misranə Həsənzadə