Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Modern.az-a Hesablama Palatasının mətbuat xidmətindən verilən məlumata görə, iclasda Neftçala rayon İcra Hakimiyyətinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Biləsuvar Suvarma Sistemləri İdarəsinə və Cənub Muğan kanalı İstismar İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilən audit tədbirlərinin nəticələri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Kollegiyada Masallı rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramı da müzakirə edilərək təsdiq olunub.