Modern.az

Güllər də yas tutarmış…

Güllər də yas tutarmış…

14 İyul 2014, 15:56

Evləri Sarıtəpədəydi.  Müsəvi küçəsiylə Əzizbəyov küçəsinin kəsişməsində. Vaxtıylə burda böyük bir təpə   varıymış. Sarı torpaqlı olduğundan “sarıtəpə” deyərmişlər.  Adda elə ordan yaranmışdı. Bir az üst tərəfdən Qobu arxı keçirdi. Qobunun Sarıtəpədən keçən hissəsinə isə  “Qaraçava” deyərdilər…

Təzə evə köçəndə  Səkinə illər əvvəl ürəyində tutduğu arzunu kerçəkləşdirmək qərarına gəlir. Ərinə həyətin  bir hissəsində gül əkəcəyini deyir…

Kicik çillə çixar-çixmaz  darvazaları bərk döyüldü. Adətən qapını əri belə döyərdi.  Darvazaların iri taylarını açanda Səkinə gözlərinə inanmır. Fazil bir maşın gül kolları almışdı. Köklü və hər biri ayrıca qabda becərilmiş.  Sonralar deyirdi ki, onları “Gülçülükdə”ki dostundan alıbmış.  Səkinə sevincindən özünü itirmişdi. Belə məqamda nə edəcəyini bilmirdi... 

Fazil “taksi” Vaqifin pulunu verib yola saldı. İyirmi qabda  olan növbənöv yerli güllər göz oxşayırdı. Ər-arvad  həyətdə yer ayırıb gülləri  iki günə torpağa köçürə bildilər.  Nəhayət sırayla əkilən  güllərə su verib özləri gölgəyə çəkildilər. Məktəbdən gələn qızlarının səsi onları xəyallardan ayırdı. Xeyli müddət idi ki, əkdikləri güllərə tamaşa edirdi…

***

O gündən beş il keçirdi. Güllər artıq böyüyüb həyəti altına almışdı. Artıq neçəncı yay idi ki, güllərin tər ətri məhəlləyə yayılırdı. Fevral ayında, güllər budanan  zaman, qonşuları qırılmış qol budaqları götürüb aparar və həyətlərində əkərdilər. Gül bağçası sanki ikinci həyatlarını yaşayırdılar. Güllər elə bil azadlığa çıxdıqlarından gün görməyə başlamışdı…

Səkinə isə boş vaxtlarını  gül bağında keçirər, hər birini uşaq  kimi əzizləyər,  ürəyində  onlarla danışardı.

Güllər isə  onlara  göstərilən qayğını gözəl çiçək açmaqla əvəzin çıxardılar...

***

Səkinə neçə gün idi ki dişinin sızıltısından yata bilmirdi. Ərinə,- “bu gün vaxt elə diş həkiminə gedək” – dedi. Fazil yoldaşının diş ağrısını hiss etdiyindən işini yarımçıq qoyub günorta üstü evə tez qayıtdı. “Həkimnən danışmışam hazırlaş gedək”,- deyib küçəyə çıxdı ki, taksi saxlatsın.

Səkinə tələm-tələsik hazırlaşıb eyvana keçdi. Saçını darayanda isə gözləri çardağa dırmanmış güllərə sataşdı. Birinci dəfəydi ki, fikir verirdi. Eyvandan əlini uzadıb gülün üçün üzüb  içəri otaqdakı  masanın üstündəki güldana qoydu. “Gələnə kimi ətri evə yayılar”,- deyə fikirləşdi...

Sırayla əkdiyi güllərin yanından keçdikcə güllərin şux ətri adama sanki qol qanad verirdi…

***

Fazilin danışdığı həkimin işi olduğundun tez getmişdi. Amma  qohumlarının gələcəyi  barədə  iş yoldaşına demiş, onlara diqqətlə baxmasını tapşırmışdı.

Beləliklə, Səkinəyə diş həkimi onun cəkilməli oldugunu dedi. Səkinə tərədüd etmədən “-müalicəsi yoxdursa çəkin”- dedi.  Həkim bu məqamda ağrını çox ola biləcəyindən ehtiyatlanıb xəstəsinin dişinə iynə vurmağa qərar verdi…

Bir anlıq Səkinənin gözünə qaranlıq çökdü. Nəfəsi tutuldu. Həkimlər bir birinə dəydi. Nə qədər yardım göstərsələrdə xeyri olmadı. Səkinə artıq keçinmişdi. Bu zaman Fazilin çığırtısı ərşə çıxmışdı. Öz əliylə Səkinəni ölümə yuvarlamışdı…

Səkinənin çənazəsi son dəfə  öz əlləriylə əkdiyi güllərin yanından götürüldü….

Həmin yay güllər  daha ikinci dəfə çiçək açmadılar. Onlar da sanki yas tuturdu…

İndi nə o güllər var, nədə ki  o torpaq…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu