Bu ayın 20-də Şəkidə Beynəlxalq Ənənəvi Şirniyyat Festivalı keçiriləcək. Azərbaycan Milli Kulinariya Assosasiyasından Modern.az saytına verilən məlumata görə, Beynəlxalq Ənənəvi Şirniyyat Festivalında Türkiyə, Qırğızıstan, Koreya, Monqolustan, Rusiya Federasiyasının Kislovodsk və Perm vilayətləri, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Rumıniyadan kulinarlar və Azərbaycanın 22 bölgəsi öz milli şirniyyatlarını sərgiləcək.
Tədbir “Karvansaray” oteldə (Şəki şəhəri, Mirzə Fətəli Axundov 185 ünvanında) keçiriləcək.
Modern.az