Modern.az

Erməni kəşfiyyatçı Ermənistan Müdafiə Nazirliyini biabır etdi

Erməni kəşfiyyatçı Ermənistan Müdafiə Nazirliyini biabır etdi

Təhsil

14 İyul 2014, 16:56

Keçmiş erməni kəşfiyyatçı Kəlbəcərdə saxlanılan şəxslə bağlı açıqlama verib.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş komandiri, kəşfiyyatçısı Ermənistan hökumətini məyus edib. Keçmiş kəşfiyyatçı Vova Vardanov bir neçə gün əvvəl Kəlbəcərdə saxlanılan şəxsin –Şahbaz Cəlal oğlu Quliyevin Azərbaycan diversiya qupunun üzvü olmadığını deyib.

Onun sözlərinə görə, Şahbaz Quliyevin Kəlbəcərə gəlməkdə məqsədi diversiya etmək olmayıb. “O, Kəlbəcərə elə-belə gəlib. O yaşda adam (Şahbaz Quliyev 1968-ci il təvəllüdlüdür) kəşfiyyatçı ola bilməz. Mən özüm də məşq edirəm, amma qarşı tərəfə kəşfiyyata getməyə gücüm çatmaz. Yaş buna imkan vermir”, deyə Vova Vardanov bildirib. Qeyd edək ki, Ermənistan mətbuatında iyunun 11-da Şahbaz Cəlal oğlu Quliyev adlı şəxsin saxlanıldığı barədə xəbər yayılmışdı.

Ermənilər iddia edir ki o, Azərbaycan diversant qrupunun üzvüdür. Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama vermişdi ki, Şahbaz Cəlal oğlu Quliyevin Azərbaycan ordusunda xidmət etmir. (anspress.com)

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir