Modern.az

Əhəd Abıyevin “intihara cəhd edən” oğlu: “Atam mənə zarafatla “Rembo” deyir” - FOTO

Əhəd Abıyevin “intihara cəhd edən” oğlu: “Atam mənə zarafatla “Rembo” deyir” - FOTO

Təhsil

14 İyul 2014, 18:25

Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevin oğlu İslam Abıyevin 9-cu mərtəbədən yıxılması ilə bağlı ölkə mediasında xəbər yayılıb. Əhəd Abiyev və 17 yaşlı İslam Abıyev dezinformasiya yayanları qıyanıblar. 

İslam Abıyev heç bir xəsarəti olmadığını sübut etmək üçün saytımızın kameraları önündə üzgüçülüklə də məşğul ola biləcəyini deyib.

Biz isə fürsəti dəyərləndirərək, icra başçısının bu il məzun olan yeniyetmə oğlu ilə maraqlı söhbət etdik:

- 9-cu mərtəbədən yıxılmağınızla bağlı xəbərləri yəqin oxumusunuz. Hətta intihar etdiyinizi də yazırdılar. Bu barədə nə deyə bilərsiniz?

- Deməyə söz tapmıram. Hər gün idmanla məşğul olan adamam. Niyə intihar edim ki? Çox maraqlı gəldi özümə də, görəsən niyə belə yazırlar? Bilmək istəyirsinizsə, hazırda Zuğulbada hökumət bağında üzgüçülüklə məşğulam. Yarışlara hazırlaşıram. Lazım olsa, sizi də idmanla məşğul olduğum yerə dəvət edərəm, zamanınız olsa, buyurub baxa bilərsiniz. Bədənimdə 1 dənə də olsun yara izi yoxdur. Yazılanların da hamısı boş söhbətlərdir.

- İdmanla professional olaraq məşğulsunuz?

- Hə, əlbəttə! Üzgüçülük, kikboksinq, şahmat mənim sevimli idman məşğuliyyətlərimdir. Əvvəl şahmata həvəsim yarandı. Daha sonra fiziki idman növləri ilə də maraqlanmağa başladım. Bu marağın bir səbəbi də atamın bir zamanlar boksla məşğul olması idi. Atam tələbəlik illərindən boksla məşğul olub deyə, bu maraq mənə də keçib. Atamın məşğul olduğunu görəndə məndə də boksa həvəs yarandı. Üzgüçülüklə də maraqlanıram. O da məşğul olduğum idman növlərindəndir. Bakıda tanınan nə qədər peşəkar üzgüçülük yerləri varsa, hamısında üzmüşəm və dərəcəm var. Zuğulbada üzmək mənə  daha xoşdur. Bəziləri qorxurdu ki, mən çox uzağa üzürəm, amma sonra öyrəşdilər. Üzgüçülük məşğuliyyətimi dəyərli insanlarla bir yerdə etmişəm. Arif müəllim Rəhimzadə, rəhmətlik Sirus Təbrizli ilə çox üzürdük. Üzgüçülüklə məşğul olmaq insanı olduqca rahatlaşdırır. Hər kəsə məsləhət görürəm ki, üzgüçülüklə məşğul olsun. Bu sahədə nailiyyətlər əldə etməyim mənim üçün qürurvericidir.

- Bildiyimiz qədərincə, bu il məzun olmusunuz...

- Bəli, orta məktəbi bu il qırmızı attestat və fərqlənmə ilə bitirmişəm. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmaq üçün 3-cü qrupa sənəd vermişəm. Sınaq imtahanlarından topladığım orta bal 400-450 arası olurdu. Seçdiyim ixtisası qazanmağa çalışacam. İnşallah, yaxşı olar.

- Atanız bir rayonun başçısıdır. Sizin idman sahəsində məşğuliyyətin barəsində nə düşünür?

- Atam həm də Kikboksinq Federasiyasının vitse-prezidentidir. İdmanla məşğul olmağım onun üçün daha xoşdur. Fedarasiyada da idmanla məşğul oluram. Ayın 27-də Qazaxıstanda yarışa gedəcəm. İdmanla maraqlanmağım atama olduqca xoş təsir edir. Hərdən mənə zarafatla “Rembo” deyir. Atamla ata-oğul münasibətindən daha çox, dost münasibətimiz var.

Tural Qurbanlı

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir