Dubay məhkəməsi Argentina milli komandasının keçmiş əfsanəvi futbolçusu Dieqo Maradonanın keçmiş həyat yoldaşı Rosio Olivanın həbsi üçün order verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl keçmiş hücumçu modellə nikahını pozaraq ondan oğurluq etməsində şübhələnib. Martın 10-da Maradona Dubayın baş prokuroruna ünvanladığı şikayətdə iddia edib ki, model onun qızıl-zinət əşyalarını və 100 min dollar dəyərində saatını oğurlayıb. Oliva isə dəfələrlə bəyan edib ki, bu oğurluqda onun heç bir əli yoxdur.
Modern.az