Dünən Braziliyada keçirilən Dünya Çempionatını final görüşünü Azərbaycandan kimlər canlı izləyib? Almaniya-Argentina oyununa “Marakana” stadionunda canlı baxmış İTV-nin idman şərhçisi Tural Dadaşov Modern.az-a bildirib ki, Braziliya-Almaniya görüşündən sonra o, mundialda həmvətənlərimizi də görüb.
“San Paolo-Rio reysində 3 azərbaycanlı gördüm, onlar Moskvada yaşayan azərbaycanlılar idi. “Marakana”nın girişində əllərində bayrağımız olan bir ailə gördüm. 3 nəfər idilər. Stadionun içində isə “Hyunday”ın oyun kampaniyasında qalib olmuş 2 nəfər var idi”.
Məltəm Tlıbzadə