Penitensiar xidmətin 3 saylı İstintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 14.07.2014-cü il tarixdə təcridxananın inzibati binasında 4 saylı Bakı "AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nikahı qeydə alınıb.
Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Modern.az