Modern.az

“ABŞ və İran arasında razılıq əldə edilməyib” - AÇIQLAMA

“ABŞ və İran arasında razılıq əldə edilməyib” - AÇIQLAMA

15 İyul 2014, 01:08


Avstriyanın paytaxtı Vyanada ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə gün ərzində ikinci dəfə görüşərək Tehranın nüvə məsələsini müzakirə edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, növbəti görüşdə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştin da iştirak edib. Vyanada “Koburq” otelində keçirilən görüş barədə jurnalistlərə açıqlama verən ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri bildirib ki, müzakirələr məhsuldar olub.

“Biz üçtərəfli formatda yaxşı görüş keçirdik. İşimizi davam etdirəcəyik”,-deyə C. Kerri bildirib.   İranın xarici işlər nazirinin müavini Abbas Arakçi isə deyib ki, müzakirələrdə razılıq əldə edilməyib. “Düzdür, danışıqlar ağır və faydalı keçdi. Amma irəliləyiş yoxdur”,-deyə İran XİN rəsmisi qeyd edib.   

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir