Modern.az

Şəkərə yox deyək - şəkər xəstəsi olan uşaqlar üçün düşərgə təşkil olundu

 Şəkərə yox deyək - şəkər xəstəsi olan uşaqlar üçün düşərgə təşkil olundu

Təhsil

15 İyul 2014, 09:57



Heydər Əliyev Fondunun təşəbbüsü, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Lənkəran şəhərinin “Palıdlı Sahil” istirahət mərkəzində şəkərli diabetdən əziyyət çəkən uşaqların müalicəsi və həyat tərzinin uyğunlaşdırılması məqsədilə yay düşərgəsi təşkil olunub. Bu qrupdan olan uşaqların sağlamlığı üçün burada hər cür lazımı şərait yaradılıb. Ümumiyyətlə, bu qrupdan olan gənclər üçün yay istirahət düşərgələrinin təşkil edilməsi xüsusi diqqət  və qayğı tələb edir. Bunun üçün əlverişli yer seçilməli, iştirakçıların qalacağı ərazi və otağlar nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Qeyd edək ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün “Palıdlı Sahil” istirahət mərkəzində bundan əvvəl də təşkil edilmiş düşərgə iştirakçılar tərəfindən bəyənilmiş, müalicəvi əhəmiyyəti xüsusi qeyd edilib.

Düşərgə iştirakçılarından Abdullayeva İlkanə onlar üçün yaradılmış şəraitdən razıdır: “Mən ilk dəfədir ki, belə düşərgədə iştirak edirəm. İstirahət mərkəzində bizim qrupun xüsusiyyətləri nəzərə alınıb və bizim üçün xüsusi proqram tərtib edilib. Buranın təbiəti, bizim istirahətimiz və təlimlərin keçirilməsi üçün çox gözəl şərait yaradılıb”.            

İstirahət mərkəzinin meşəlik və dənizkənarı  ərazidə yerləşməsi, havanın əlverişli olması, mərkəzdə yaradılmış müxtəlif əyləncə guşələri, məşğələlər, seminarlar, həkim məsləhətləri iştirakçıların keyfiyyətli istirahətini təmin edir. İştirakçılardan Məmmədova Günel düşərgədə şəkərli diabetdən əziyyət çəkən başqa uşaqlarla dostlaşdıqlarını və artıq özünü bu xəstələr sırasında tənha hiss etmədiyini deyir: “Düşərgədə yeni dostlar qazanmışam. İstirahət mərkəzinin geniş ərazisi və müxtəlif əyləncə qurğularının, proqramların olması məni çox sevindirdi. Xüsusilə də düşərgənin keçrildiyi Palıdlı Sahil istirahət mərkəzinin yaşıllıqlarla bürünməsi, hər yerə iri ağacların kölgə salması çox gözəldir. Dostlarımla istirahət mərkəzinin xiyabanlarında gəzməyi daha çox xoşlayırıq”.

Düşərgə iştirakçılarının şəkərli diabetdən əziyyət çəkən uşaqlardan ibarət olması iştirakçıların qidalanması üçün də xüsusi pəhriz menyusunun hazırlanmasını zəruri edir. Bunun üçün də mütəxəssislər tərəfindən məsləhət görülmüş qida rasionu tətbiq edilir. Düşərgə iştirakçılarından Quliyev Kamil onlara göstərilən diqqəti yüksək qiymətləndirir və özlərini cəmiyyətin ayrılmaz bir parçası kimi hiss etdiklərini bildirir:

“Bizim üçün belə gözəl təbiətə malik yerdə düşərgə təşkil edilməsi sevindiricidir. Buna görə ölkə başçısına  və Mehriban Xanım Əliyevaya dərin minnətdarlığ və razılığımızı bildiririk.  Mən əvvəl də Palıdlı Sahil istirahət mərkəzində keçirilən düşərgələrdə iştirak etmişəm. Yenidən bura gələcəyimizi eşidəndə dostlarıma bu barədə məlumat verdim. Onların da düşərgədə iştirak etmələrini tövsiyyə etdim. Çünki bizim üçün burada hər cür şəraitin olduğunu yaxşı bilirdim. İstirahət  mərkəzinin dənizin sahilində yerləşdiyindən burada olan təmiz hava, gözəl meşə, dəniz mənzərəsi insanı valeh edir. Çox xöşbəxtəm ki, Palıdlı Sahil istirahət mərkəzində keçrilən düşərgədə ikinci dəfə iştirak etmək şansım oldu”.

Sevincimizə bir də o səbəb oldu ki, burada sentyabr ayının 15-dən gələn ilin mayınadək şəkərdən əziyyət çəkən böyüklər üçün sanator –kurort xidmətləri təşkil olunacağdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir