Modern.az

Qəbul imtahanının nəticələri bu gün açıqlanacaq

Qəbul imtahanının nəticələri bu gün açıqlanacaq

15 İyul 2014, 10:17

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az saytına verilən məlumata görə, iyulun 12-də keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur.
Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın Facebook səhifəsində veriləcək.

Qeyd edək ki, TQDK iyul ayının 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada aparılıb.

Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir