Modern.az

Tahir Rzayev: “Bələdiyyələrin birləşdirilməsi əhalinin istəyindən asılıdır”

Tahir Rzayev: “Bələdiyyələrin birləşdirilməsi əhalinin istəyindən asılıdır”

15 İyul 2014, 10:38



“3-4 həftə bundan qabaq 204 kənd bələdiyyələri birləşdirilərək,  yeni 94 bələdiyyə yaradılıb. Növbəti aylarda da əhali belə təklif irəli sürərsə, bələdiyyələrin birləşməsi reallaşa bilər”.

Bunu Modern.az-a Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.  

Onun sözlərinə görə, bələdiyyələrin birləşməsi əhalinin istəyindən asılıdır: “Bu, Milli Məclisdən asılı olan məsələ deyil. Əhali yığıncaqlar keçirərək hansısa bələdiyyənin öz fəaliyyətini yerinə yetirə bilməmələri, maliyyə bazalarının olmaması, müəyyən qüsurlara yol verməsi, əhaliyə lazımi qədər sosial-iqtisadi məsələlərdə köməklik göstərə bilməməsi barədə qərar verir və təklif olunur ki, həmin bələdiyyə qonşu bələdiyyəyə birləşdirilsin. Bu da qanunvericiliklə tənzimlənir. Bələdiyyələrin birləşdirilməsi və ləğv edilməsi haqqında qanun var. Bu qanun əsasında bələdiyyə həm ləğv oluna, həm də birləşdirilə bilər”.

Qeyd edək ki, 2014-cü ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. Əhalinin istəyinə uyğun bələiyyələrin ləğv olunub digər ilə birləşdirilməsi istisna edilmir. 2009-cu ildən sonra bir çox bələdiyyələr ləğv edilərək digərlərinə birləşdirilib.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir