Modern.az

İqbal Ağazadə medianı qınadı: “Nə mənim, nə də qardaşımın zavodu var”

İqbal Ağazadə medianı qınadı: “Nə mənim, nə də qardaşımın zavodu var”

15 İyul 2014, 12:08


“Mənim qardaşımın adına heç bir zavod yoxdur”. Bunu Modern.az-a açıqlamasında Milli Məclis üzvü İqbal Ağazadə deyib.

“Zaman-zaman mətbuatda belə müəssisələrin adını çəkiblər ki, guya mənimdir. Sonra baxıb demişəm ki, göndərin gəlsinlər mənim də xəbərim olsun”.

Qeyd edək ki, mediada İ.Ağazadəyə məxsus zavodun guya havanın çirkləndirməsi haqqında məlumat gedib. Zavod ətrafında yaşayan sakinlər tərəfindən şikayət ərizəsi yazılıb. İddiaya görə, məsələ ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə müraciət olunub.

Rafiq Qənbərov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir