“Olimpiya -2015 gənc karikaturaçıların gözüilə” sərgisində 15 nəfər gənc karikaturaçının əsərləri nümayiş olundu. 40- a yaxın əsərdə gənclər Olimpiya oyunlarının müxtəlif vasitələrlə təbliğinə töhvələrini veriblər. İlk Avropa yay Olimpiya oyunlarına olan maraq karikaturalarda da öz əksini tapıb. İdmana gülüşlə nəzər yetirən gənclərin əl işləri marağa səbəb olub. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Fərdi gənc Altay Yusif-zadəideyası ətrafında birləşən gənc rəssamlar bu tədbirlə Olimpiya oyunlarının təbliğinə qoşulduqlarını bildiriblər.
Modern.az