Modern.az

TQDK: “Apelyasiya komissiyasına 6 nəfər müraciət edib”

TQDK: “Apelyasiya komissiyasına 6 nəfər müraciət edib”

15 İyul 2014, 13:26

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının məzmununa dair müvafiq fənlər üzrə ekspertlərdən ibarət apelyasiya komissiyası fəaliyyətə başlayıb. Modern.az-a TQDK-dan verilən məlumata görə, apelyasiya komissiyasına hər iki ixtisas qrupu üzrə cəmi 6 nəfər müraciət edib. Ekspertlər sualları ətraflı izah edib və bütün müraciətləri cavablandırıblar. Apelyasiya komissiyasına müraciət edənlər bununla bağlı öz razılıqlarını bildiriblər.

Qeyd edək ki, TQDK iyulun 12-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir