Bugün səhər saatlarında Moskva metrosunun “Qələbə Parı” və “Slavyan bazarı” stansiyaları arasındakı tuneldə baş verən qəzada ölənlərin sayı 15 nəfərə çatıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, xəsarət alan 149 nəfərdən 106-sı həkim nəzarəti altındadır. Yaralı sərnişinlərin çoxu onurğa zədələnməsi və sınığı diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Bir çoxunun vəziyyəti ağırdı. İlkin ehtimallara görə “Slavyanskiy bazar” stansiyasına çatmağa 200 metr qalmış elektrik enerjisi verilişinin qəfil dayandırılması nəticəsində qatarın 3 vaqonu relsdən çxıb. Vaqonlarin birində köməksiz qalan 20 nəfər xüsusi avadanlıqların köməyi ilə xilas ediiblər. Hadisə ilə bağlı Moskva meri Sergey Sobyanin həlak olanlara 1 milyon, yaralılara isə 500 min rubl kompensasiya ödəniləcəytini bildirib.
Qurbanlar arasında azərbaycanlının adına rast gəlinmir.
Modern.az