Modern.az

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri AÇIQLANDI

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri AÇIQLANDI

Təhsil

15 İyul 2014, 17:47

 

Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 12 iyul tarixində I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqladı.
Abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, TQDK iyul ayının 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada aparılıb.

Misranə Həsənzadə


Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir