Modern.az

Kəlbəcərli qardaş-bacı 667, 654 bal toplayıblar

Kəlbəcərli qardaş-bacı 667, 654 bal toplayıblar

15 İyul 2014, 19:06


Bakıda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün Şaiq Babaxanovun uşaqları TGDK-nın keçirdiyi test imtahanlarında yüksək nəticə göstəriblər. Hər iki övladının belə yüksək nəticə göstərməsinin sevincini Şaiq Babaxanov Modern.az-la bölüşüb. Şaiq Babaxanov deyir ki, o, övladlarından daha yüksək nəticə gözləyirmiş.

“Onlar 3-4 ildir universitetə hazırlaşır, mən daha yüksək - 680 və hətta 700 bal gözləyirdim”.

Ata bildirib ki, qız övladı Turanə 654, oğlu Məhəmməd isə 667 bal toplayıb. Şaiq Babaxanov övladlarının ixtisas seçimi ilə bağlı bunları deyib.
“Onlar yalnız bir yeri - Tibb Universitetinin müalicə fakültəsini ixtisas seçimində qeyd edəcəklər”.

Qeyd edək ki, ailəni sevindirən övladlar Yasamal rayonunda yerləşən 286 nömrəli orta məktəbdə oxuyublar.  

Məltəm Talıbzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi