Modern.az

Rəsmi Tiflis: Aşkarlanan narkotik Azərbaycandan deyil, Ermənistandan ötürülüb

Rəsmi Tiflis: Aşkarlanan narkotik Azərbaycandan deyil, Ermənistandan ötürülüb

17 İyul 2014, 09:27

Gürcüstan sərhədində bir neçə gün əvvəl saxlanılan 2 ton 790 kq heroinin Azərbaycan yox, Ermənistan ərazisindən tranzit edilib.

Xəbər Gürcüstan Maliyyə Nazirliyinin nəzdində Vergi Xidmətinin  rəsmi internet səhifəsində yerləşdirilib. Belə ki, Gürcüstan Maliyyə Nazirliyinin nəzdində Vergi Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin birgə araşdırması nəticəsində məlum olub ki, yük maşını Gürcüstan ərazisinə Ermənistan Respublikasından daxil olub və Türkiyə istiqamətində hərəkət edirmiş. 

Xatırladaq ki, iyulun 12-də Gürcüstan sərhədində, içində 2 ton 790 kiloqram  maye halında narkotik vasitə olan yük maşının saxlanılıb.. Gürcüstan DİN rəhbəri A.Çikaidze açıqlamasında narkotik vasitənin Əfqanıstan mənşəli olduğunu və onun Əfqanıstandan İrana, oradan Azərbaycana, daha sonra Gürcüstana keçirildiyini bildirmişdi. Nazir narkotikin Azərbaycan sərhədindən  əməliyyat tədbirləri çərçivəsində buraxıldığını qeyd etmişdi. (apa.az)

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir