Modern.az

Bu gündən I və IV qruplarda qabiliyyət imtahanları başlayır

Bu gündən I və IV qruplarda qabiliyyət imtahanları başlayır

Təhsil

17 İyul 2014, 10:04

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 17-dən etibarən I və IV ixtisas qrupları üzrə qabiliyyət imtahanları keçirəcək.

Modern.az-ın  məlumatına görə, qabiliyyət imtahanları 27-dək davam edəcək. Bu müddətdə I və IV ixtisas qrupları üzrə ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ərizə qəbulu mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qrafik üzrə seçmə turlar keçirilib. Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılmış və yoxlamadan müvəffəqiyyətlə keçənlər qabiliyyət imtahanlarında iştirak etmək üçün internet vasitəsilə qeydiyyata alınıb.

Müvafiq qrupların test imtahanı nəticəsində müsabiqə şərtini ödəmiş abituriyentlər onlar üçün müəyyənləşdirilmiş vaxtda qabiliyyət imtahanı verəcəklər.

Bu ildən etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarının gedişi videolentə alınacaq.

Qeyd edək ki, qəbul qaydalarına əsasən, abituriyentlərə qabiliyyət ixtisasları ilə yanaşı, müsabiqə şərtlərini ödədikləri halda digər ixtisasları da seçmək imkanı verilir.

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir