Ermənistanda “Qızıl Ərik” film festivalı çərçivəsində “Uduli” dolma festivalı keçirilib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, festival ötən gün baş tutub. Tədbirdə iştirak edən “Erməni mətbəxi adət-ənənələrinin formalşaıdırılması və qorunması” birliyinin sədri Sedrak Mamulyan bildirib ki, festivalın məqsədi dolmanın Ermənistan milli yeməyi kimi tanıdılmasıdır. Festival təşkilatçıları bildirib ki, tədbirdə ən uzun dolma hazırlanıb.
Qeyd edək ki, “Uduli” festivalı ilk dəfə 2011-ci ildə keçirilib. Ermənilər bununla Azərbaycan milli mətbəxinin nümunəsi sayılan dolmanı özününküləşdirmək üçün təbliğatlar aparır.
Modern.az