Modern.az

Bakıdakı 49 nömrəli məktəbdə rus bölməsi bağlandı

Bakıdakı 49 nömrəli məktəbdə rus bölməsi bağlandı

Təhsil

17 İyul 2014, 17:26

Bakı Şəhəri üzrə Təhsil  İdarəsindən Modern.az-a verilən məlumata görə  Bakı şəhəri 49 nömrəli tam orta məktəbin rus bölməsinin fəaliyyəti dayandırılıb. Buna səbəb isə müəllim çatışmazlığı və siniflərdə şagird komplektləşdirilməsinin minimumu təmin etməməsidir.

Məlumatda qeyd edilir ki,  49 nömrəli tam orta məktəbin rus bölməsinin şagirdləri və burada çalışan müəllimlər yaxınlıqdakı 203 nömrəli tam orta məktəbə köçürüləcək. Bu addım həm də mümkün ixtisarların qarşısını almağa xidmət edir. Eyni zamanda valideynlər digər ümumtəhsil məktəblərinin seçimində sərbəstdirlər.
Qeyd edilən məktəblərin rus bölməsində çalışan müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sınaq qiymətləndirilməsində yüksək nəticələr göstərib. Hər iki məktəbdə isə təhsilin səviyyəsi eynidir.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının bu ərazidə yaşayan valideynlər və pedaqoji heyətlə keçirdikləri vaxtaşırı görüşlərdə müvafiq məktəblərdə rus və Azərbaycan dillərinin, eləcə də digər fənlərin tədris keyfiyyəti ilə bağlı müzakirələr aparılıb. 
Qeyd edilib ki, Azərbaycanın müstəqillik tarixində tədrisin rus dilində aparıldığı məktəblər həmişə diqqət və qayğı ilə əhatə olunub. Bu göstəriciyə görə MDB ölkələri arasında Azərbaycan xüsusi yeri ilə seçilir.

Məltəm Talıbzadə

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir