İyulun 20-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli musiqiçi Robertino Loretti geniş konsert proqramı ilə çıxış edəcək.
Konsertdə italyan müğənni populyar musiqiləri ilə yanaşı, ən son hitlərini də səsləndirəcək.
Modern.az xəbər verir ki, tədbirdə R.Loretti ilə birlikdə azərbaycanlı gənc vokalçı Emin Eminzadə də çıxış edəcək.
Bariton səsli ifaçı “O Sole mio”, “Mamma”, “Jamaica” və s. ifa etdiyi nəğmələrlə milyonların sevgisini qazanıb.
Elmin Nuri