Ukraynanın Borispoldakı və Kiyevdəki beynəlxalq hava limanlarında bəzi avia reyslər ləğv olunub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Borispol hava limanında “Emirates” hava şirkətinin Kiyev-Dubay, “Aeroflot”un Kiyev-Moskva, “AirFrance” şirkətinin Kiyev-Paris, “Turkmenistan Airlines”in Kiyev-Aşqabad, Kiyev-Sankt-Peterburq, eləcə də Kiyev-Almata reysləri dayandırılıb. Bundan əlavə Kiyev hava limanından “FlyDubai” şirkətinin Kiyev-Dubay reysi də təxirə salınıb. Bu tədbirin dünən Donets vilayətində Malayziya hava yollarına aid “Boinq-777” təyyarəsinin vurulması səbəbindən görüldüyü bildirilir.
Modern.az