Modern.az

“Bu il yüksək bal toplayanların sayı artıb” - TQDK

“Bu il yüksək bal toplayanların sayı artıb” - TQDK

18 İyul 2014, 14:05



“Ötən ilə nisbətən bu il I və IV ixtisas qruplarında yüksək bal toplayanların sayı artıb”. Modern.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O bildirib ki, ötən il I qrup üzrə 367 nəfər 600-dən çox bal toplayıb: “Bu il isə onların sayı 487 nəfərdir. IV qrup üzrə  403 nəfər 600-dən çox nəticə göstərib. Bu ilə isə artım nisbətən çoxdur. Bu artım 500 baldan çox toplayanlara da aiddir. Bu da onu göstərir ki, I ixtisas qrupu üzrə qəbul planı ötən ilə nisbətən təxminən 4 faizə qədər artıb”.

E.Nağızadənin sözlərinə görə, I qrup üzrə ali təhsil ocaqlarına müsabiqədə 12 319 nəfər iştirak edəcək: “Amma yer planı 12 052 nəfər nəzərdə tutulub. IV qrup üzrə isə qəbul planında cüzi fərq var. Cəmi 32 plan yeri artaraq 4482 yer ayrılıb”.

Rafiq Qənbərov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir