Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev Azərbaycanın Dünya Donor Bankında qeydiyyatdan keçmədiyini və buna görə də bəzən qohum qanlarda uyğun donor tapılmayanda bəzi əməliyyatların mümkünsüz olduğunu deyib.
“ Hazırda biz Dünya Donor Bankına daxil ola bilməmişik, Azərbaycanın bu banka daxil olunması üçün ən azı ölkədə 100-ə yaxın transplantasiya əməliyyatı aparılmalıdır”
Mərkəzin direktoru bildirb ki, son 5-7 ay ərzində 24 nəfər talassemiya xəstəliyilə bağlı müraciət edib. Onların 10 nəfərinə qohum qanlar tapılıb, amma digər xəstələrin əməliyyatı Azərbaycanda mümkün deyil. Digər 7 xəstənin əməliyyatı isə oktyabr ayına gözlənilir.
Məltəm Talıbzadə