Modern.az

Putindən növbəti İTTİHAM: “Ukrayna əməliyyatları dayandırsaydı, bu cür bədbəxt hadisə baş verməyəcəkdi”

Putindən növbəti İTTİHAM: “Ukrayna əməliyyatları dayandırsaydı, bu cür bədbəxt hadisə baş verməyəcəkdi”

Təhsil

21 İyul 2014, 10:38

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətində “Boeing - 777” təyyarəsinin qəzaya uğraması ilə bağlı növbəti bəyanat verib. Modern.az Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya dövlət başçısı bir daha bu qəzanı faciəvi hadisə adlandırıb.

Putin bəyan edib ki, Ukrayna cənub-şərq bölgələrində əməliyyatları dayandırsaydı, bu cür bədbəxt hadisə baş verməyəcəkdi. Kreml rəhbəri onu da bildirib ki, hər hansı siyasi qüvvə yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə etməkdən çəkinməlidir: “Heç kim siyasi hədəflərin nailiyyətləri üçün faciədən yararlanmalı deyil. Hadisə yerində beynəlxalq ekspertlərin işinin təhlükəsizliyi üçün hər cür tədbir görülməlidir. Bu gün orada Donetsk, Ukrayna və Malayziyadan olan nümayəndələr işləyirlər. Amma bu, kifayət deyil. Qəza yerinə beynəlxalq komissiya da cəlb edilməlidir. Rusiya Ukraynanın şərqindəki münaqişənin hərbi variantdan diplomatik müzakirələrə keçməsi üçün hər şeyi etməyə hazırdır”.

Qeyd edək ki, iyulun 17-də Malayziya hava yollarına məxsus, Amsterdamdan - Kuala-Lumpur marşrutu ilə hərəkət edən  “Boeing - 777” təyyarəsi Ukraynanın Donetsk vilayətinin hava səmasında qəzaya uğrayıb. Hadisə nəticəsində 298 nəfər ölüb.

 

Hadisədən sonra Qərblə Rusiya arasında informasiya savaşı başlanıb.

Hər iki tərəf təyyarə qəzasına görə bir-birini ittiham edir. Dünyanın bir çox aparıcı siyasi oyunçusu olan dövlətləri təyyarənin Rusiya və ya ruspərəst qüvvələr tərəfindən vurulduğunu iddia edir. Rusiya isə hadisənin əsas məsuliyyətini Ukrayna hakimiyyətinin üzərinə atır.

  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir