Bakı şəhəri ərazisində yerləşən keçmiş sovxozların və digər kənd təsərrüfatı birliklərinin ərazilərinin bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətinə, bir hissəsi isə Abşeron rayonuna tabedir. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin əməkdaşı Səbuhi Qəhrəmanov deyib. O, Abşeron rayonun sərhədlərində müəyyən problemlərin olduğunu xatırladıb və problemləri aradan qaldırmaq üçün qanuna müvafiq olaraq layihələrin hazırlandığını və Milli Məclisə təqdim olunacağını qeyd edib.
Rüfanə GÜNƏŞ