Modern.az

Fuad Qəhrəmanlı: “Milli Şura yay tətilindədir”

Fuad Qəhrəmanlı: “Milli Şura yay tətilindədir”

Təhsil

21 İyul 2014, 11:52

Milli Şuranın fəaliyyəti davam edir və Koordinasiya Mərkəzinin üzvləri ölkədə, regionda baş verən proseslərin müzakirəsi üçün mütəmadi olaraq bir araya gəlirlər”. Bunu Modern.az-a AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib. O, Milli Şuranın fəaliyyətini şərh edərkən bildirib ki, adıçəkilən qurum heç də passivləşməyib.

Onun sözlərinə görə, Milli Şura, sadəcə olaraq yay fəsli ilə əlaqədar sessiyalarına ara verib: “Yay fəsli ilə əlaqədar Milli Şuranın  sessiyalarına fasilə verilib. Qurumun fəaliyyəti yalnız sessiyalarla dəyərləndirməməlidir. Milli Şuranın fəaliyyətində hər hansı ləngimə yoxdur”.

 

AXCP rəsmisi onu da söyləyib ki, Milli Şura bələdiyyə seçkiləri ilə bağlı tədbirlər keçirəcək.

 

Məltəm Talıbzadə

 

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir