Modern.az

Şimal bölgəsinin sakinləri Səlim Müslümova nədən şikayət etdilər?

Şimal bölgəsinin sakinləri Səlim Müslümova nədən şikayət etdilər?

Təhsil

21 İyul 2014, 12:57

Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun, eləcə də Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Modern.az xəbər verir ki, vətəndaşların müraciətlərində minik avtomobilləri və reabilitasiya vasitələri ilə təmin olunma, dövlət hesabına mənzillə təmin edilmək üçün növbəyə yazılma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinin təşkili, sosial xidmətə cəlb olunma, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi və s. kimi məsələlər öz əksini tapıb. Qəbul zamanı ünvanlı dövlət sosial yardımının, eləcə də əlillik dərəcəsinin təyin olunması barədə müraciət edən vətəndaşların sayı əvvəllərlə müqayisədə xeyli az olub.

S.Müslümov nazirliyin tabeliyindəki 14 mərkəzdə son 6 ayda 3600 nəfərdən çox əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın bərpa-müalicə kursu keçdiyini, belə şəxslərin ümumilikdə 10 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edildiyini bildirib. “Nazirliyin Əlillərin Bərpa Mərkəzlərində müalicə almaq, həmçinin reabilitasiya avadanlıqları ilə təmin olunmaq üçün tələb olunan sənədlərin siyahıları nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) təqdim olunur. Əslində bu siyahılardakı sənədlərin sayı da çox deyil və onları təqdim etməklə müvafiq təminat növlərindən heç bir problem olmadan yararlanmaq olar”.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir