Modern.az

Vəkil: “Rauf Mirqədirovla bağlı istintaq çıxılmaz vəziyyətdə qalıb”

Vəkil: “Rauf Mirqədirovla bağlı istintaq çıxılmaz vəziyyətdə qalıb”

Təhsil

21 İyul 2014, 13:04


“Əslində istər Baş Prokurorluğun, istərsə də Milli Təhlükəsizlik Nazirliyinin verdiyi açıqlamaların Rauf Mirqədirovun əleyhinə olduğunu düşünmürəm. Çünki, yayılan məlumatlarda çox sayda nöqsanlar və uyğunsuzluqlar ortaya çıxdı. Hazırda isə onları araşdırmaqla məşğulam”.

Bunu Modern.az saytına “Ayna-Zerkalo” qəzetinin həbsdə olan əməkdaşı Rauf Mirqədirovun vəkili Elmar Süleymanov deyib.

Vəkil həmçinin jurnalistin digər müdafiəçisi vəkil Fuad Ağayevin hazırda Rauf Mirqədirovla görüşdə olduğunu bildirib.

Elmar Süleymanov deyirb ki, prokurorluğun “çiy” ittihamı, saxta sübutları ortaya qoyması istintaqın çıxılmaz vəziyyətdə qalmasının sübutudur.
“Cəmi bir faktı qeyd etmək istəyirəm, hardakı prokurorluq bildirir ki, “biz məlumatı şəxsiyyəti məlum olmayan şəxsdən almışıq. Bunun əksinə olaraq qanun deyir ki, “mənbəyi məlum olunmamış yerdən alınan sübutların heç bir əhəmiyyəti yoxdur”.
Bu nöqteyi-nəzərdən uyğunsuzluq özünü biruzə verir ki, saxta sübutlar ictimailəşdirilir. Düşünürəm ki, bu proseslər Rauf Mirqədirovun müdafiəsinin çox güclü olduğuna dəlalət edir. Məlumatlar sadəcə ictimaiyyəti yanlış yönəltməkdən ibarətdir. İndiyə qədər prokurorluq heç bir sübut ortaya qoymamışdı. Hazırki sübutları müqayisə etsək, açıqlama verməmişdən əvvəl prokurorluğun mövqeyi daha dayanıqlı idi, nəinki, indi. Çünki, həmin sübutlar sadəcə gülüş doğurur”,- deyə vəkil əlavə etdi.

Qeyd edək ki, 2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədən deportasiya olub və daha sonra Bakıda həbs edilib. O, “dövlətə xəyanət”də ittiham olunur. Jurnalist ittihamları rədd edir.  

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir