Modern.az

Prokuror Orxan Zeynalova 18 il iş istədi - YENİLƏNİB

Prokuror Orxan Zeynalova 18 il iş istədi - YENİLƏNİB

Təhsil

21 İyul 2014, 13:07

Bu gün Moskva şəhər Məhkəməsində Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi davam edir. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı Orxan Zeynalovun Yeqor Şerbakovun qətlində günahkar kimi tanınmasını xahiş edib. Prokurorun fikrincə, Zeynalovun günahı ilkin və məhkəmə istintaqı zamanı tam sübut olunub.

Orxan Zeynalovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə  qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. 

İttiham aktında qeyd olunub ki, oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayişi pozub, küçədə olan Ksenya Popovaya söz atıb, bu zaman onun yanında olan Yeqor Şerbakov qadını müdafiə edib. Bundan sonra Orxan Zeynalovla Yeqor Şerbakov arasında mübahisə yaranıb. Bu zaman Orxan Zeynalov üstündə gəzdirdiyi bıçaqla Yeqor Şerbakova iki zərbə endirib. Yeqor Şerbakov hadisə yerində dünyasını dəyişib, Orxan Zeynalov isə hadisə yerindən qaçıb.

Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.  Lakin O.Zeynalov məhkəmə prosesində özü haqqında irəli sürülən ittihamları əsassız sayıb. Zeynalov deyib ki, qətl törədilən gecə o, Moskvada olmayıb və təzyiq altında qətli törətməsi barədə ifadə verib.

***
Məhkəmə prosesi bu saatlarda davam edir. Modern.az-ın məlumatına görə, prokuror Orxan Zeynalovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir