Modern.az

Ölkə ərazisində küləkli hava şəraiti olacaq

Ölkə ərazisində küləkli hava şəraiti olacaq

Təhsil

21 İyul 2014, 13:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında iyulun 22-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir