Modern.az

Müğənni ilə jurnalistlərin məhkəməsi baş tutmayıb

Müğənni ilə jurnalistlərin məhkəməsi baş tutmayıb

Təhsil

21 İyul 2014, 13:54

 

Müğənni Mətanət İsgəndərlinin Aznews.az  xəbər portalının baş redaktoru Elçin Zahiroğlu və portalın əməkdaşı İntiqam Valehoğluna qarşı qaldırdığı iddia üzrə keçirilən məhkəmənin bugünkü iclası baş tutmayıb. Modern.az saytına açıqlama verən saytın əməkdaşı İntiqam Valehoğlunun sözlərinə görə, buna səbəb Elçin Zahiroğlunun vəkilinin əməliyyat olunmasıdır. Proses iyul ayının 24-də keçiriləcək.

Qeyd edək ki, bir neçə ay öncə müğənni Mətanət İsgəndərli Aznews.az  xəbər portalının baş redaktoru Elçin Zahiroğlu və portalın əməkdaşı İntiqam Valehoğlunu məhkəməyə verib. Buna səbəb isə Aznews.az saytında barəsində gedən yazıdakı “narkoman” ifadəsidir. M.İsgəndərli Nərimanov rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

 

Ulduz İBRAHİMOVA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir