İyulun 21-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin II mərhələsi – imtahanlar başlayıb. Modern.az-ın məlumatına görə, imtahanların ilk günündə alman dili, əmək hazırlığı, fiziki tərbiyə, fransız dili, informatika, musiqi və nəğmə, rus dili, rus dili və ədəbiyyatı və təsviri incəsənət fənləri üzrə dərs deyən müəllimlər iştirak edir.
Alman dili fənni üzrə 4 yerə 59 nəfər, əmək hazırlığı fənni üzrə 21 yerə 312, fiziki tərbiyə üzrə 134 yerə 648, fransız dili üzrə 11 yerə 101, informatika üzrə 193 yerə 1113, musiqi və nəğmə üzrə 49 yerə 127, rus dili fənni üzrə 27 yerə 148, rus dili və ədəbiyyatı fənni üzrə 1 yerə 75 və təsviri incəsənət fənni üzrə 28 yerə 199 nəfər ərizə verib.
İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçirilir. Hər bir iştirakçı imtahanın nəticəsini bilərək zalı tərk edir.
İmtahanlar başa çatdıqdan sonra bu gün yerləşdirmə aparılacaq və nəticəsi barədə məlumat imtahanda iştirak edən müəllimlərin şəxsi səhifəsinə göndəriləcək.