Milli Mətbuat Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin «Zərdabi» mükafatı iyulun 21-də təqdim edilib.
Ümumilikdə mükafat 8 nəfərə verilib - Arifə Kazımova(AzadlıqRadiosu), Nəcibə Bağırzadə (publisist), Aynur Elgünəş (Azadlıq Qəzeti), Təranə Məmmədova(AzTV), Həsən Həsənov (Xalq qəzeti), Bəkir Nərimanoğlu (mediaforum.az), Famil İsmayılov(BBC), Baba Mirzəxanlı («Region Şəki» qəzeti).
«Zərdabi» mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində seçilir.
Modern.az