Modern.az

Orxan Zeynalova iyulun 28-də hökm oxunacaq

Orxan Zeynalova iyulun 28-də hökm oxunacaq

Təhsil

21 İyul 2014, 15:25

Moskva şəhər məhkəməsi iyulun 28-də saat 13:00-da hökm elan edəcək. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu bu gün keçirilən məhkəmə prosesində hakim Nikolay Tikaçuk deyib. Qeyd edək ki, bugünkü prosesdə dövlət ittihamçısı Orxan Zeynalovun Yeqor Şerbakovu qətlə yetirdiyinin həm ilkin istintaq, həm də məhkəmə gedişi zamanı sübuta yetirildiyini əsas gətirərək onun 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə bu müddətə hökm elan edərsə, Orxan Zeynalov onun 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli islah əmək müəssisində keçirməli olacaq. Bundan əlavə, prokuror Şerbakovun atasının Zeynalovdan kompensasiya kimi tələb etdiyi 5 milyon manatla da bağlı qərar çıxarılmasını istəyib.

 

 

Orxan Zeynalovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə  qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. 

 

İttiham aktında qeyd olunub ki, oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayişi pozub, küçədə olan Ksenya Popovaya söz atıb, bu zaman onun yanında olan Yeqor Şerbakov qadını müdafiə edib. Bundan sonra Orxan Zeynalovla Yeqor Şerbakov arasında mübahisə yaranıb. Bu zaman Orxan Zeynalov üstündə gəzdirdiyi bıçaqla Yeqor Şerbakova iki zərbə endirib. Yeqor Şerbakov hadisə yerində dünyasını dəyişib, Orxan Zeynalov isə hadisə yerindən qaçıb.

 

Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.  Lakin O.Zeynalov məhkəmə prosesində onun haqqında irəli sürülən ittihamları əsassız sayıb. Zeynalov deyib ki, qətl törədilən gecə o, Moskvada olmayıb və təzyiq altında qətli törətməsi barədə ifadə verib.

 

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir