Modern.az

Vaqif Əsədov: “Siz necə əmin ola bilərsiniz ki, bu, Azər Qasımovdur?”

Vaqif Əsədov: “Siz necə əmin ola bilərsiniz ki, bu, Azər Qasımovdur?”

Təhsil

21 İyul 2014, 15:38

“Bizim avtomatik rejimdə çalışan kameralarımız var. Həmin kameralara düşən faktlar üzrə tədbir görülməsi üçün aidiyyatı üzrə fotomaterial göndərilir”.

Bu barədə Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib:

“Mən başa düşmürəm, bu hadisə insanları niyə narahat edir? Gün ərzində Bakı şəhərindəki kameralar təxminən 700-ə yaxın inzibati xəta qeydə alır. Onların içərisində avtobus sürücüsü də olur, hətta biz özümüz də oluruq. Səmimi olaraq deyirəm ki, biz kameraların yerlərini yaxşı bildiyimizdən oralarda daha diqqətli sürməyə çalışırıq”. Ş

öbə rəisinin sözlərinə görə, kameralar xəta törədənin kimliyindən asılı olmayaraq faktı dərhal qeydə alır. Vaqif Əsədov öz növbəsində bizə də sual verdi:

“Siz necə əmin ola bilərsiz ki, bu Azər Qasımovdur?”

 

“O kamerada aydın şəkildə görünür” deyəndə isə Vaqif Əsədov bildirdi ki, bunu avtomobildəki kamera qeydə alıbsa, deməli,  DYP-nin kameraları da qeydə alıb: “Xəta törədən şəxs kimliyindən asılı olmayaraq cəzalandırılır. Bir neçə gün sonra avtomobil sahibinə zəng vurub soruşa da bilərsiz ki, sizə protokol yazdılar, yoxsa, yox?”

  

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Prezident Administrasiyasına məxsus 10 PA 522 dövlət nömrə nişanlı BMW markalı avtomobilin İstiqaliyyət küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən video yayılıb. Avtomobilin prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımovun istifadəsində  olduğu bildirilir.

 

 

  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir