Modern.az

Amerikalı həmsədr bu gün Məmmədyarov və Nalbandyanla görüşəcək

Amerikalı həmsədr bu gün Məmmədyarov və Nalbandyanla görüşəcək

22 İyul 2014, 12:31

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. Modern.az xəbər verir ki, bu  barədə  Ceyms Uorlik özünün Twitter hesabında məlumat yayıb. Onun sözlərinə görə, görüş bu gün olacaq: “Biz Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələlərini  müzakirə edəcəyik. Biz danışıqlar yolu ilə konfliktin tənzimlənməsinə cəhd edirik”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun erməni həmkarı Edvard Nalbandyan Brüsseldə “Şərq Tərəfdaşlığı”nın xarici işlər nazirlərinin beşinci iclasında iştirak edirlər.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir