Bu gün Rusiya prezidenti Vladimir Putin bütün ölkə ərazisinin qış vaxtına keçməsi ilə bağlı qanuna imza atıb. Modern.az rus KIV-nə istinadən xəbər verir ki, qanun bu ilin oktyabrın 26-da qüvvəyə minəcək. Bu tarixdən etibarən saatlarını bir saat geri çəkəcək Rusiya daha yay-qış vaxtına keçməyəcək.
Qeyd edək ki, qanun layihəsi 2011-ci ildə həmin dövrdə prezident olan Dmitri Medvedevin təşəbbüsü ilə parlamentə təqdim edilib.
Uzun müzakirələrdən sonra qanunu qəbul etdilər...
Modern.az