Modern.az

Parlamentdə dava düşdü - FOTO

Parlamentdə dava düşdü - FOTO

22 İyul 2014, 14:39
Ukrayna Ali Radasında “Qismən səfərbərlik haqqında” qanunun  müzakirəsi zamanı deputatlar dalaşıb.Modern.az xəbər verir ki, qanun layihəsi Azadlıq Partiyası deputatlarının xoşuna gəlmədiyindən parlamentdə mübahisə yaranıb.

Məlumata görə, davanın yaranmasına səbəb Regionlar Partiyası nümayəndəsinin Ukrayna hakimiyyətini sərt tənqid etməsi olub. O bildirib ki, Kiyev hakimiyyəti öz vətəndaşlarını öldürməyə davam edir. Bundan sonra isə Ali Radanın sədri deputatın təxribatla məşğul olduğunu bildirib və mikrofonu söndürüb. Qanun layihəsinin səsverməyə çıxarılması zamanı isə Azadlıq Partiyasının nümayəndələri N. Levçenkonun üzərinə hücum ediblər. Bundan sonra isə Nikolay Levçenko və Kommunist Partiyasının deputatları iclas zalını tərk ediblər.   Onlar qanun layihəsinin müzakirəsi və  qəbulu zamanı Regionlar Partiyasının deputatı Nikolay Levçenkonun üstünə hücum ediblər.    

Sonda qanun qəbul edilib.

Qeyd edək ki, qanun layihəsini  Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya təqdim edib.     

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir