Ukrayna Donetsk vilayətində vurulduğu iddia edilən Malayziya hava yollarına məxsus “Boeing777” təyyarəsinin “qara qutusu” Böyük Britaniyada oxunacaq. Modern.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna hökuməti yayıb. Məlumatda bildirilir ki, Niderland baş vermiş aviaqəzanın araşdırılması üçün ekspertlərdən ibarət nümayəndə göndərəndən sonra “qara qutu” nun şifrələrini oxumaq üçün Böyük Britaniyaya yollayacaqlar.
Qeyd edək ki, iyul ayının 17-də Donetskdə Amsterdam-Kuala-lumpur marşrutu ilə hərəkət edən “Boeing 777” təyyarəsinin qəzaya uğramasının səbəbləri anlaşılmaz olaraq qalır. Qərb dairələri təyyarənin Rusiyanın göstərişi ilə Ukraynada aktivləşən rus meylli separatçılar tərəfindən vurulduğunu iddia edir. Lakin rəsmi Moskva hadisənin məsuliyyətini Ukrayna hakimiyyətinin üzərinə yıxır.
Xatırladaq ki, hadisə nəticəsində 298 nəfər həlak olub.
Aqşin Kərimov