Modern.az

II və III ixtisas qruplarının imtahan nəticələri AÇIQLANDI

II və III ixtisas qruplarının imtahan nəticələri AÇIQLANDI

22 İyul 2014, 17:17

Modern.az saytı xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 20 iyul tarixində II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqladı. 
Abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, TQDK iyul ayının 20-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada həyata keçirilib.

Rüfanə Günəş

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir